Güləş

Yığmamız Kiyevdə ən güclü oldu

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnirdə sərbəst güləş yığmamız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci olub.

Dsport.az xəbər verir ki, Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərindən üstün olub. Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olub. Bürünc medalı isə yığmamıza Əfqan Xaşalov (57 kq) qazandırıb.