Güləş

Güləşçilərimizdən ilk gündə 5 qızıl, 2 gümüş və 3 bürünc medal

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilir. 

Dsport.az xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edir. 37 komandanın iştirak etdiyi turnirin ilk yarış günündə 18 güləşçimiz xalça üzərinə çıxıb. 

Güləşçilərimiz ilk yarış gününü 5 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. 

Yunan-Roma güləşi üzrə 55 kq-da Eldəniz Əzizli, 63 kq-da Taleh Məmmədov və 82 kq-da Rafiq Hüseynov bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıb. 82 və 97 kq-da mübarizə aparan Elvin Mürsəliyev və Orxan Nuriyev turnirin bürünc medalını qazanıb. Elvin Mürsəliyev həlledici görüşdə Ermənistan təmsilçisini, Orxan Nuriyev isə Belarus idmançısını məğlub edib. 

Sərbəst güləş üzrə 97 kq-da Nurməhəmməd Hacıyev və 57 kq çəki dərəcəsində mübarizə aparan Georgi Edişeraşvili final, Əfqan Xaşalov (57 kq) isə bürünc medal görüşlərini qələbə ilə başa vurub. 65 kq çəki dərəcəsində finala qədər bütün rəqiblərini üstələyən Hacı Əliyev həlledici görüşdə uduzub və turnirin gümüş medalına sahib olub. 

Qadın güləşi üzrə 65 kq-da mübarizə aparan İrina Netreba finala qədər bütün rəqiblərini üstələsə də, həlledici görüşdə Finlandiya təmsilçisi Petra Olliyə uduzaraq turnirin gümüş medalına yiyələnib. 50 kq çəkidə Türkan Nəsirova isə bürünc medal uğrunda görüşdə zədələndiyindən mübarizəni davam etdirə bilməyib və görüşü məğlub başa vurub.

Sərbəst güləş
57 kq 
FİNAL - Teymuraz Vanişvili (GEO) - Georgi Edişeraşvili 2:5
Bürünc medal görüşü - Əfqan Xaşalov - Joeh Rodriguez (USA) 3:1
Təsəlliverici görüş - Əfqan Xaşalov - Uladzislav Andreyeu (BLR) 5:2
Təsəlliverici görüş - Otari Qoqava (GEO) - Əfqan Xaşalov 5:6
1/2 final - Joeh Rodriguez (USA) - Georgi Edişeraşvili 3:6
1/4 final - Georgi Edişeraşvili - Uladzislav Andreyeu (BLR) 10:0
1/8 final - Georgi Edişeraşvili - Əfqan Xaşalov 3:0
1/16 final 
Otari Qoqava (GEO) - Georgi Edişeraşvili 3:4
Əfqan Xaşalov - Andrei Berkeneu (BLR) 3:2

65 kq 
FİNAL - Maqomedmurad Qadjiyev (POL) - Hacı Əliyev 5:2
1/2 final - Dzianis Maksimov (BLR) - Hacı Əliyev 5:7
1/4 final - Elbrus Çertkoev (SVK) - Hacı Əliyev 4:11
1/8 final - Roman Aşarin (HUN) - Hacı Əliyev 0:10
1/16 final - Heorhi Kaliyeu (BLR) - Hacı Əliyev 0:4 (rəqib xalçaya çıxmadığından texniki qələbə)

74 kq 
Bürünc medal görüşü - Hacımurad Ömərov - Akhsarber Gulaev (SVK) 1:2
Təsəlliverici görüş - Hacımurad Ömərov - Taro Umebayaşi (JPN) 7:2
Təsəlliverici görüş - Hacımurad Ömərov - Andrius Mazeika (LTU) 8:0
1/4 final - Dan Vallimont (USA) - Ruslan Dibirhacıyev 5*:5
1/8 final 
Ruslan Dibirhacıyev - Kirillos Binenmpaoum (GRE) 8:0
1/16 final 
Frank Çamizo (İTA) - Hacımurad Ömərov 6:4

86 kq 
Bürünc medal görüşü - Aleksandr Qostiyev - Şamil Kudiamaqomedov (İTA) 1:6
Təsəlliverici görüş - Aleksandr Qostiyev - Stefan Reichmuth (SUİ) 12:1
Təsəlliverici görüş - Kənan Əliyev - Aleksandr Qostiyev 0:4
1/8 final - Kamran Ghasempur (İRİ) - Aleksandr Qostiyev 5:3
1/16 final 
Məhəmmədhacı Xatiyev - Şamil Kudiamaqomedov (İTA) (güləşçimiz zədələndiyindən görüşü məğlub başa vurub)
Kamran Ghasempir (İRİ) - Kənan Əliyev 11:0
Axmed Aybuyev (FRA) - Aleksandr Qostiyev 1:5

97 kq 
FİNAL - Nurməhəmməd Hacıyev - Abrahah de Jesus Conyedo Ruano (İTA) 8:2 tuşe 
1/2 final - Nurməhəmməd Hacıyev - Duman Bultrikov (KAZ) 10:0
1/4 final - Aliaksandr Huştyn (BLR) - Nurməhəmməd Hacıyev 3:6
1/8 final - Blaize Cabell (USA) - Nurməhəmməd Hacıyev 0:10

Qadın güləşi
50 kq 
Bürünc medal görüşü - Türkan Nəsirova - Kseniya Stankeviç (BLR) (güləşçimiz zədələnib və görüşü məğlub başa vurub)
Təsəlliverici görüş - Julie Sabatie (FRA) - Türkan Nəsirova 1:9
1/4 final - Anna Kukasiak (POL) - Türkan Nəsirova 13:3
1/8 final - Türkan Nəsirova - Nargiz İkramova (KAZ) 12:2

55 kq
1/8 final - Katarzyna Kravczyk (POL) - Solmaz Həşimzadə 10:2

65 kq 
FİNAL - Petra Olli (FİN) - İrina Netreba 
1/2 final - Gabriella Sleisz (HUN) - İrina Netreba 1:6
1/4 final - İrina Netreba - Mariya İlçişin (UKR) 10:6
1/8 final - Yuliya Lisovska (UKR) - İrina Netreba 1:5

Yunan-Roma güləşi 
55 kq 
FİNAL - Nugzari Tsurtsumia (GEO) - Eldəniz Əzizli 0:9
1/2 final - Eldəniz Əzizli - Ramin Bastani Joojini (İRİ) 9:0
dairəvi sistem
1-ci görüş - Sergii Dziuba (UKR) - Eldəniz Əzizli 2:10
2-ci görüş - Eldəniz Əzizli - Nugzari Tsurtsumia (GEO) 10:2

63 kq 
FİNAL - Lenur Temirov (UKR) - Taleh Məmmədov 0:9
1/2 final - Taleh Məmmədov - Slavik Qalstyan (ARM) 7:0
1/4 final - Dmitro Tsimbaliuk (UKR) - Taleh Məmmədov  1:7
1/8 final - Taleh Məmmədov - Dmitro Dobrov (UKR) 6:4

82 kq 
FİNAL - Zurabi Datunaşvili (GEO) - Rafiq Hüseynov 1:4
Bürünc medal görüşü - Elvin Mürsəliyev - Eduard Sargsyan (ARM) 3*:3
Təsəlliverici görüş - Yevhen German (UKR) - Elvin Mürsəliyev 0:9
1/2 final - Rafiq Hüseynov - Stanislav Şafarenko (BLR) 3:2
1/4 final 
Elvin Mürsəliyev - Zurabi Datunaşvili (GEO) 1:2
Rafiq Hüseynov - Radzik Kuliyeu (BLR) 1*:1
1/8 final 
Oleksandr Belotskiy (UKR) - Elvin Mürsəliyev 2:3
Artem Suroviahin (UKR) - Rafiq Hüseynov 1:4

97 kq 
Bürünc medal görüşü - Javid Hamzatau (BLR) - Orxan Nuriyev 1:2
Təsəlliverici görüş - Javid Hamzatau (BLR) - Türmən Eyyubov 3:1
1/2 final - Orxan Nuriyev - Dmitri Timçenko (UKR) 2:5
1/4 final 
Ali Akbar Heydari (İRİ) - Orxan Nuriyev 0:1
Türmən Eyyubov - Dmitriy Timçenko (UKR) 1:4
1/8 final 
Orxan Nuriyev - Vaginak Minasyan (ARM) 5:3
Türmən Eyyubov - Calderon Lester (GUA) 8:0