Güləş

Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı

Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb.

Dsport.az xəbər verir ki, son yarış günündə 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq çəki dərəcələrində sərbəst güləş üzrə 163 gənc pəhləvan mübarizə aparıb. 

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı təltif olunur və yığma komandanın heyətinə cəlb olunur. 

57 kq 
1. Əliabbas Rzazadə - Zenit İC
2. İslam Bazarqanov - Atasport
3. Kənan Ağamalıyev - Sumqayıt, Təhsil İC
3. Əsgər Məmmədəliyev - DİN İC 

61 kq 
1. İntiqam Vəlizadə - Neftçi İK
2. Sübhan Muradov - Zenit İC
3. Cavid Ləzgiyev - Qazax
3. Tural Hüseynov - Abşeron 

65 kq
1. Elmar Kazımov - MOİK
2. Röyal Ağamalıyev - Cəlilabad, Gömrükçü İSM
3. Əkbər Əkbərli - Lənkəran 
3. Rəcəb Nurayev - Zenit İC

70 kq
1. Hacımurad Hacıyev - Atasport
2. Davud İbrahimov - Atasport
3. Fizuli Hüseynov - Zenit İC
3. Murad Məmmədov - Gəncə, Zenit İC

74 kq
1. İsmayıl Abdullayev - Atasport
2. Abubakar Abubakarov - Atasport
3. İsmayıl Cəfərov - FHN
3. Abdulxaliq Quluzadə - Təhsil İC

79 kq
1. Orxan Abbasov - MOİK
2. Abdulmuslim Məmmədov - Atasport
3. Rəşad Yusifli - Abşeron 
3. Ceyhun Kazımzadə - Neftçi İK

86 kq
1. Mansur Şahinov - Atasport
2. İslam İlyasov - Abşeron 
3. Taleh İsmayılov - Gəncə, UGİM
3. Siya Sadıqov - 9 UGİM

92 kq
1. Asxab Həmzətov - Pəhləvan İK
2. Ayaz İsmayılov - MOİK
3. Elvin Ocaquliyev - Qazax
3. Hüseyn Quliyev - Neftçi İK

97 kq
1. Alimaqomed Alixmoyev - Atasport
2. Rahid Həmidli - Masallı, Gömrükçü İSM
3. Teymuraz İsmayılov - MOİK

125 kq 
1. Umar İsrailov - Atasport
2. Tuqan Cəfərov - Şəmkir
3. Orxan Həsənov - Neftçi İK