Güləş

Nenad Laloviç BOK İcraiyyə Komitəsinə seçildi

Cənubi Koreyanın Pxençxan şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 132-ci Sessiyası keçirilib. Dsport.az xəbər verir ki, sessiya zamanı BOK İcraiyyə Komitəsinə seçkilər də keçirilib. 

Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç qarşıdakı 4 il müddətinə Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib. 

BOK-a və BOK İcraiyyə Komitəsinə güləş idman növü üzrə seçilən ilk təmsilçi kimi tarixə düşən Nenad Laloviç Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasının nümayəndəsi olacaq.

Məlumat üçün bildirək ki, Nenad Laloviç 2015-ci ildə etibarən Beynəlxalq Olimpiya Komitəsinə üzvdü.