Güləş

Təxti Kubokunda bu dəfə sərbəst güləşçilərimiz mübarizə aparacaq

8-9 fevral 2018-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçiriləcək. Dsport.az xəbər verir ki, 23 ölkədən 190-a yaxın idmançının iştirak edəcəyi turnirdə Azərbaycan pəhləvanları da mübarizə aparacaq. 

Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında qonşu ölkəyə 10 idmançımız yollanıb. Heyətdə Pərviz İbrahimov, Elçin Vəliyev (hər ikisi 61 kq), Pənah İlyaslı, Coşqun Əzimov (hər ikisi 70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov, İbrahim Yusubov (hər ikisi 86 kq), Cavid Sadıqov (92 kq), Roman Bəkirov (97 kq) və Umar İsrailov (125 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edəcək.