Güləş

Rövşən Bayramov milliyə məşqçi təyin olundu

Azərbaycanlı güləşçi Rövşən Bayramov karyerasını başa vurub.

Dsport.az xəbər verir ki, Bayramov Güləş Federasiyasında başqa işlə təmin olunub. Belə ki, AGF-nin prezidenti Fazil Məmmədov Rövşəni Yunan-Roma güləşi üzrə yığmamızın məşqçisi təyin edib.

Bu barədə dsport.az saytına Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov məlumat verib.

Qeyd edək ki, R.Bayramov Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı, dünya çempionu və Avropa Çempionatının ikiqat qalibidi.