Güləş

Namiq Əliyev AGF-nin vitse-prezidenti postundan göndərildi

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. 

Dsport.az xəbər verir ki, federasiyanın Prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.