Güləş

Qadın güləşçilərimiz Avropa Millətlər Kubokunda ikinci oldu

Komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edir

Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri start götürüb. Komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edir.

İlk gün qadın güləşçilər mübarizə aparıb. Reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışıb. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan güləşçiləri Ukrayna və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparıb. Qadın güləşçilərimiz hər iki görüşü 5:3 hesablı qələbə ilə başa vuraraq yarımqrupu ilk sırada tamamlayıb. Digər yarımqrupda Rusiya güləşçiləri birinci olub.

Beləliklə,  Avropa Millətlər Kuboku turnirində qadın güləşçilərin mübarizəsində final görüşü Azərbaycan və Rusiya yığmaları arasında olub. Azərbaycan yığması Avropa Millətlər Kubokunu ikinci sırada tamamlayıb və güləşçilərimiz turnirin gümüş mükafatına layiq görülüb.


Rusiya - AZƏRBAYCAN 8:0      
48 kq Nadejda Fyodorova - Patimat Baqomedova 7:6
53 kq Nataliya Malişeva - Solmaz Həşimzadə 12:0
55 kq İrina Oloqonova - Alyona Kolesnik 8:6
58 kq Valeriya Koblova - İrina Netreba 5:0
60 kq Jorqalmad Tsirenova - Nataliya Sinişin 5:0
63 kq İnna Trajukova - Elmira Qəmbərova 7:4
69 kq Nataliya Vorobyova - Nadya Sementsova 2*:4
75 kq Alyona Starodubtseva - Gözəl Zutova 13:3

Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparır. Heyətdə Ayan Məmmədova (48 kq), Patimat Baqomedova (53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Nataliya Şinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Sementsova (69 kq), Səbirə Əliyeva və Gözəl Zutova (75 kq) yer alıb.