Güləş

5-ci açıq Respublika turnirinin açılış mərasimi keçirildi

Şamaxı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə V açıq respublika turnirinin açılış mərasimi keçirilib.

Dsport.az xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Kikboks Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev, Ukrayna Güləş Assosiasiyasının prezidenti Elbrus Tedeyev veteran güləşçi Oleq Krapivin, AGF-nın vitse-prezidenti Namiq Abdullayev, güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov çıxış ediblər. 

Tədbirdə bildirilib ki, bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyidir. Dünya ictimaiyyəti Azərbaycanı idman ölkəsi kimi tanınıyır. Bunun nəticəsidir ki, ölkəmizdə beynəlxalq yarışlara ev sahibliyi edir. Qeyd edilib ki, Oleq Azərbaycanda güləşin inkişafı üçün əlindən gələn köməyi göstərir. Keçirilən yarışın artıq ənənəyə çevrilib. Bu cür yarışlarda yeniyetmə güləşçilərin iştirak etməsi onlara böyük təcrübə qazandıracaq. 

Sonda Gənclər və İdman Nazirliyi və AGF-ı adınan Oleq Karipivin fəxri diplomla və hədiyyələrlə.təltif olunub. 

Azərbaycan respublikasının dövlət himni səsləndirildikdən sonra yarışın rəsmi hissəsi başa çatıb.