Güləş

Sərbəst güləşçilər Dmitri Korkinin xatirə turnirinə yollanır

30 sentyabr-1 oktyabr tarixlərində Saxa Respublikasının Yakutsk şəhərində keçmiş SSRİ, Rusiya Federasiyası və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş 10-cu beynəlxalq turnir keçiriləcək. 

Dsport.az xəbər verir ki, sərbəst güləş üzrə keçiriləcək yarışda yığma komandamızın 3 üzvü iştirak edəcək. 

Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında turnirə Pərviz İbrahimov (57 kq), Məhəmməd Abdullayev (61 kq) və İbrahim Yusubov (86 kq) yollanacaq. 

Turnirin proqramına əsasən sentyabrın 30-da 57, 65, 74 və 97 kq, oktyabrın 1-də isə 61, 70, 86 və 125 kq çəkidə pəhləvanlar qüvvələrini sınayacaq.