Güləş

Şamaxıda Dünya çempionunun şərəfinə açıq Respublika turniri keçiriləcək

29-30 sentyabr 2017-ci il tarixdə Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında V açıq Respublika turniri keçiriləcək. 

Dsport.az xəbər verir ki, turnirin rəsmi açılış mərasimi sentyabrın 29-da saat 13:00-da baş tutacaq. Bundan əvvəl isə saat 12:00-da Şamaxı şəhərində fəaliyyət göstərən "Şirvan" Güləş Klubunun yeni inşa edilmiş idman zalının açılış mərasimi olacaq. 

Yarışlar hər gün saat 10:00-da başlayacaq.  Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 

Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Ukrayna, Rusiya, Gürcüstan, İran, Qırğızıstan pəhləvanlarının iştirakı gözlənilir.