Güləş

Kamran Məmmədov və Elvin Mürsəliyev üçün bürünc medal şansı

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Dsport.az xəbər verir ki, ikinci yarış günündə 59, 66, 80 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparır.

80 kq çəkidə mübarizə aparan Elvin Mürsəliyev ilk görüşdə Rusiya idmançısı, ikiqat Olimpiya çempionu Roman Vlasovu gərgin keçən qarşılaşmada məğlub edib. 1/8 finalda Polşa təmsilçisi Edqar Babayanı vaxtından əvvəl tam üstünlüklə mübarizədən kənarlaşdıran güləşçimiz növbəti görüşdə Mərakeş idmançısından üstün olub. Yarımfinalda Belarus təmsilçisi Radzik Kulieu ilə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Elvin Mürsəliyev bürünc medal uğrunda görüşə çıxacaq. 

Final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

59 kq 
1/4 final - Kanibek Jolçubekov (KGZ) - Taleh Məmmədov 3:2
1/8 final - Viktor Ciobanu (MDA) - Taleh Məmmədov 9:12
1/16 final - Maksim Kazarski (BLR) - Taleh Məmmədov 1:2

66 kq 
Təsəlliverici görüş - Kamran Məmmədov - Flavio Freuler (SUİ) (D xalçası)
1/16 final - Kamran Məmmədov - Hansu Ryu (KOR) 1:2

80 kq 
Bürünc medal görüşü - Elvin Mürsəliyev 
1/2 final - Radzik Kulieu (BLR) - Elvin Mürsəliyev 3*:3
1/4 final - Zied Aid Ouagram (MAR) - Elvin Mürsəliyev 0:2
1/8 final - Elvin Mürsəliyev - Edgar Babayan (POL) 8:0
1/16 final - Roman Vlasov (RUS) - Elvin Mürsəliyev 2:2*

130 kq 
1/8 final - Mikola Kuçmi (UKR) - Sabah Şəriəti 2:1