Güləş

Çunayevlə Əliyevdən DÇ-də uğursuz çıxış, Abbasov üçün "bürünc" şansı

Bu gün Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı start götürüb

Bu gün Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı start götürüb.

Dsport.az xəbər verir ki, ilk yarış günündə 71, 75, 85 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 

85 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov Peru və Yaponiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırsa da, 1/4 finalda Almaniya təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan İslam burada Kuba idmançısı ilə gərgin keçən görüşü üstün tamamlayıb. Güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə İslam Abbasovun rəqibi İran idmançısı olacaq. 

Final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

71 kq 
Təsəlliverici görüş - Rəsul Çunayev - Mohammadali Abdolhamid Geraei (İRİ) 7:8
Təsəlliverici görüş - Rəsul Çunayev - Pavel Liax (BLR) 8:4
Təsəlliverici görüş - Luis Alfredo De Leon (DOM) - Rəsul Çunayev 0:8 (1.28 dəq)
1/16 final - Rəsul Çunayev - Frank Stabler (GER) 1:2
1/32 final - Rəsul Çunayev - Jefrin Benito Mejia Sambula (HON) 8:0 (1.37 dəq)

75 kq 
1/16 final - Həsən Əliyev - Shohei Yabiku (JPN) 0:4 

85 kq  
Bürünc medal görüşü - İslam Abbasov - Hossein Ahmad Nouri (İRİ)
Təsəlliverici görüş - Daniel Qriqoriç Heçavarria (CUB) - İslam Abbasov 2:2*
1/4 final - Denis Maksimilian Kudla (GER) - İslam Abbasov 4:1
1/8 final - Atsuşi Matsumoto (JPN) - İslam Abbasov 1:4
1/16 final - Ricardo Diego Cardenas Esquen (PER) - İslam Abbasov 1:7

98 kq  
1/8 final - Melonin Noumonvi (FRA) - Orxan Nuriyev 3:1
1/16 final - Kevin Mejia Castillo (HON) - Orxan Nuriyev 1:6