Güləş

Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kubokunda rəqiblərimiz müəyyənləşdi

Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib.

Püşkatma mərasimi ötən həftə Türkiyənin İstanbul şəhərində Rio Olimpiadasına II Dünya təsnifat turniri zamanı keçirilən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında baş tutub.

Yunan-Roma güləşi

A qrupu

Rusiya
Belarus
Almaniya
Qazaxstan

B qrupu

İran
AZƏRBAYCAN
Türkiyə
Ukrayna

Sərbəst güləş

A qrupu

Rusiya
Gürcüstan
Türkiyə
Monqolustan

B qrupu

İran
AZƏRBAYCAN
Hindistan
ABŞ

Yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları mayın 19-20-də İran İslam Respublikasının Şiraz şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, iyunun 11-12-də ABŞ-ın Los Anceles şəhərində təşkil olunacaq.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşi üzrə yığma komandamız tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub, sərbəst güləşçilərimiz isə yarışları 3-cü yerdə başa vurub.