Gimnastika

Azərbaycanlı gimnast olimpiya çempionu oldu

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Dsport.az xəbər verir ki, gimnast Yelizaveta Luzan birinci yeri tutub. O, qrup üzrə lent yarışında qalib olub.

Bunadək cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb.