Gimnastika

Azərbaycan gimnastları Yaponiya və Bolqarıstandan 5 qızıl medal gətirdilər

Yaponiyanın Fukuoka şəhərində yekunlaşan bədii gimnastika üzrə “Sanix Cup” adlı beynəlxalq yarışda Azərbaycanın qrup hərəkətləri komandası qızıl medal qazanıb.

Yaponiyanın Fukuoka şəhərində yekunlaşan bədii gimnastika üzrə “Sanix Cup” adlı beynəlxalq yarışda Azərbaycanın qrup hərəkətləri komandası qızıl medal qazanıb.

Qrup hərəkətləri ilə Yaponiyadan 27 komanda, həmçinin Azərbaycan, Rusiya, Bolqarıstan, Tayland və digər ölkələrdən olan komandalar çıxış ediblər.

Yaponiyada Züleyxa İsmayılova, İlahə Məmmədova, Fatimə Cəfərova, Ruqiyə Səttarova, Simarə Cəfərova və Dərya Sorokinadan ibarət komandamız ilk dəfə olaraq  öz proqramları ilə çıxış ediblər və onların  bu proqramla gələn il Minskdə keçiriləcək Avropa Çempionatında da çıxışları planlaşdırırlır. Gimnastlarımızın pop musiqisinin kralı Maykl Ceksonun unudulmaz mahnısı ilə hərarətli çıxışları tamaşaçıların  yaddaşlarında uzun müddət iz buraxıb.

Bu həftəsonu Bolqarıstanın Blaqoevqrad şəhərində yekunlaşan  idman gimnastikası üzrə “Lyubço Solatskiy” adlı beynəlxalq turnirdə, ölkəmizi Mənsum Səfərov, Murad Hənifəzadə və Səməd Məmmədlidən ibarət pre-yunior komandamız təmsil edib.

Yarış nəticələrinə əsasən, komanda hesabında Azərbaycan gimnastları turnirin qızıl medalını qazandılar. Bundan əlavə, Səməd Məmmədli çoxnövçülükdə, dəstəli at üzərində, sərbəst hərəkətlərdə və dayaqla tullanmada qızıl medal, o cümlədən turnikdə və paralel qollarda bürünc medal qazandı. Həmçinin, gimnastlar arasında halqalarda hərəkətlərinə görə gümüş medal qazanan Murad Hənifəzadə fərqlənib.