Gimnastika

Bakı-2015 Azərbaycanın ilk idman elçilərini elan etdi

Bakı 2015 Avropa Oyunları bu gün İlk Avropa Oyunlarının idman elçiləri olacaq on bir Azərbaycan idmançısını elan edib

Bakı 2015 Avropa Oyunları bu gün İlk Avropa Oyunlarının idman elçiləri olacaq on bir Azərbaycan idmançısını elan edib.

İdmançılar öz idman növlərini və ölkələrini təmsil etmək üçün seçilmişlər və qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarında iştirak edəcəklər. Onlar növbəti yay keçiriləcək tədbirin bütün Azərbaycanda təbliğ edilməsində iştirak edirlər.

Açılış Mərasimi yaxınlaşdığından, onlar həmçinin Bakı 2015-in geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərində iştirak edəcəklər.

Seçilmiş idmançılar bunlardı: Suğra Müqabilzadə (Oxatma), Nazim Babayev (Yüngül Atletika), Amil Həmzəyev (Basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (Velosiped idmanı), Səbinə Mikina (Qılıncoynatma), Marina Durunda (Gimnastika), Elmar Qasımov (Cüdo), Ceyran Əliyeva (Voleybol), Rövşən Bayramov və Mariya Stadnik (Güləş).

Azərbaycan Respublikasının Gənclər və idman naziri və Bakı 2015-in Baş İcraçı Direktoru cənab Azad Rəhimov deyib: “Bu idmançılar ölkənin ən yaxşı idmançılarından bir neçəsidi və onlar Avropa Oyunlarının ən yaxşı idman elçiləri olduqlarını sübut edəcəklər. Biz onlardan Bakı 2015-in yaşadacağı həyəcanı ölkənin digər bölgələri ilə də paylaşmalarını istəyirik və əminəm ki, onların nailiyyətləri bütün Azərbaycan gənclərini həvəsləndirəcək.”

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadə söyləmişdir: “Biz İdman elçiləri proqramı üzrə Bakı 2015 ilə birgə çalışmaqdan məmnunluq duyuruq. Bakı 2015 idmançılarımız üçün beynəlxalq arenada bacarıqlarını, öz idman növləri və ölkələrini təmsil etmələri üçün son dərəcə mühüm imkandır və İdman elçiləri proqramı onlara öz karyeralarını inkişaf etdirməkdə yardımçı olacaq.”

Bakı 2015 İdman elçiləri proqramı beynəlxalq kampaniyalar vasitəsilə Avropa Oyunları haqda dünya miqyasında məlumatlılığın artırılmasına kömək edəcək tanınmış elçiləri də cəlb edəcək.

Bakı 2015-in Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq deyib: “İdman elçiləri proqramı birinci Avropa Oyunlarına yardım etmək üçün Avropadan qalib olacağına ümid edən məşhur idmançıların dəstəyindən yararlanacaq və bunun uğurlu olacağına əminik. Göstərdikləri köməyə görə bütün Azərbaycan idmançılarına təşəkkür etmək istərdik və irəlidən gələn aylarda Bakı 2015-in təbliğ edilməsində onlarla birgə çalışmağı səbirsizliklə gözləyirik”.