Gimnastika

Azərbaycan gimnastı İtaliyada uğurla çıxış etdi

Azərbaycan gimnastı Marina Durunda bu həftəsonu ənənəvi A1 İtaliya Çempionatında iştirak edib

Azərbaycan gimnastı Marina Durunda bu həftəsonu ənənəvi A1 İtaliya Çempionatında iştirak edib.

İtaliyanın “Qarmoniya di Abrutso” klubunda çıxış edən gimnastımız, topla hərəkətlərdə 17.950 xal alaraq, bu alətlə turnirin ən yaxşı nəticəsini göstərdi. Turnirin 2-ci mərhələsinə gimnastımızın yüksək göstəricisi sayəsində, klub 98.300 xal toplayaraq, 2-ci yerdə qərarlaşdı. Çempionatın növbəti mərhələsi 14-16 noyabr tarixlərində, sonuncu mərhələsi isə 28-30 noyabr tarixlərində baş  tutacaq.

Bu həftəsonu Çexiyanın Brno şəhərində Qran-pri yarışları keçirilib və bu yarışda ölkəmizi Nilufər Niftalıyeva təmsil edib. Çoxnövçülükdə çıxışlarının nəticəsinə görə o, ümumi çətinlik üzrə 63,950 xal toplayaraq, 9-cu yerdə qərarlaşıb. Niftalıyeva həmçinin, top və lent ilə finala çıxaraq, müvafiq olaraq 5-ci və 7-ci yerləri qazanıb.