Gimnastika

Şəhriyar Məmmədyarov: “Mən gimnastikanı çox sevirəm”

Bu gün Bakı Milli Gimnastika Arenasında gənc gimnastların azərbaycanlı şahmatçı, qrossmeyster Şəhriyar Məmmədyarovla görüşü keçirilib.

Dsport.az xəbər verir ki, Ş.Məmmədyarov özü və şahmat karyerası haqqında danışıb və qeyd edib ki, onun iki bacısı da məşhur şahmatçılardır.

Qrossmeyster gənc gimnastların suallarına cavab verib və onlara gələcək çıxışlarında uğurlar arzulayıb:

“Hesab edirəm ki, gimnastika idman növü olmaqla yanaşı həm də incəsənətdir. Mən bu idmanı çox sevirəm və qeyd etmək istəyirəm ki, gimnastika Azərbaycanda uğurla inkişaf edir. Son illərdə ölkəmiz böyük uğurlara imza atıb. Mən gimnastlarımızın çıxışlarını diqqətlə izləyirəm və onlara gələcək yarışlarda uğurlar arzu edirəm”.