Futbol

"Barselona" 8 qolla Kral Kubokunda mərhələ adladı

Əsas heyət üzvlərinin çoxunun meydana çıxmadığı görüşdə Kataloniya klubu 8:1 hesablı qələbə qazanıb



İspaniya Kral Kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilib. "Barselona" ilk görüşdə 4:0 hesabı ilə qalib gəldiyi ikinci divizion klubu "Hueska" ilə bu dəfə doğma meydanda üz-üzə gəlib. 

Əsas heyət üzvlərinin çoxunun meydana çıxmadığı görüşdə Kataloniya klubu 8:1 hesablı qələbə qazanıb. 

"Barsa"nın növbəti mərhələdəki rəqibinin kimliyinə "Valyadolid" - "Elçe" oyunundan sonra aydınlıq gələcək.