Futbol

"Bavariya" qələbə qazanmaqla elə bir rekorda imza atdı ki...

Öz meydanında "Frayburq"a 2:0 hesabı ilə qalib gəlib



Almaniya Bundesliqasında XVI turun oyunlarına start verilib. "Bavariya" öz meydanında "Frayburq"a 2:0 hesabı ilə qalib gəlib. Qolları Robben və Müller vurub.

Münhen klubu bununla da ölkə çempionatında ilk 16 turda qapısından sadəcə 3 qol buraxmaqla yeni rekord müəyyənləşdirib.

Pep Qvardiolanın komandası ilk turda "Volfsburq"la görüşdə (2:1), ikinci turda "Şalke" ilə oyunda (1:1) və onuncu turda Dortmund "Borussiya"sı ilə qarşılaşmada (2:1) qapısında qol görmüşdü.