Futbol

"Bavariya" sürpriz transfer reallaşdırdı

"Bavariya" sabah "Stremsqodset"in gənc yarımmüdafiəçisi Martin Edeqorla rəsmən müqavilə imzalayacaq.

Bu haqda Almaniyanın SPORT1 idman portalı xəbər yayıb. "Bavariya"nın rəsmisi Karl-Haynts Rummeniqqe Edeqoru "əsrin istedadı" adlandırıb.

Edeqorun sabah 16 yaşı tamam olacaq. O, artıq AVRO-2016-nın təsnifat mərhələsində Norveç millisinin heyətində debüt edib. Bununla da Edeqor Avropa çempionatlarının təsnifat mərhələləri tarixində meydana çıxan ən gənc futbolçu olub.