Futbol

"Beşiktaş"ın aparıcı futbolçusu: "Liverpul"dan 8 qolun əvəzini çıxacağıq"

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının 2-ci turunda "Beşiktaş" "Liverpul"la üz-üzə gələcək.

Püşkatmanın ardından "Beşiktaş"ın aparıcı futbolçusu Olcay Şahan maraqlı açıqlamalarla yadda qalıb:

"İntiqam zamanı gəldi. "Liverpul"dan 8 qolun əvəzini çıxacağıq. Bunun vaxtı çatıb. Azarkeşlərimizin köməkliyilə "Liverpul"u Avropa Liqasından uzaqlaşdıracağıq. Bu mövsüm Avropa Liqasını da qazana bilərik. Kuboku almaq istəyiriksə, "Liverpul"u məğlub etməliyik.

Komandalar arasında fərq qoymurduq. Ancaq etiraf etməliyəm ki, püşkatmadan öncə çoxumuz "Liverpul"un çıxmasını istəyirdik. Azarkeşlərin də bu fikirdə olduğunu bilirik. Püşkatma əla keçdi".

2007-08 mövsümündə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oynanılan matçda "Liverpul" "Enfild Rod"da "Beşiktaş"ı 8-0 hesabı ilə darmadağın etmişdi.