Futbol

Lionel Messi kimləri rekordlar tarixinin arxivinə göndərdi...

Argentina millisi və "Barselona" klubunun ulduz futbolçusu rekordlar qırmaqla məşğuldu

"Barselona"da keçirdiyi 291 rəsmi oyunda 256 qol vuran Messi bu göstərici ilə komandanın sabiq hücumçusu Sezar Rodriqez Alvaresi (287 oyuna 192 qol) geridə qoyub.

"Barselona" forması ilə avrokuboklarda 80 qol vuran Messi komandanın sabiq futbolçusu Rivaldonu (31 qol) geridə qoyub.

Messi "El Klasiko"larda 21 qol vurub. Bununla da Madridn "Real"ının əfsanəvi futbolçusu Alfredo Di Stefanonun rekorduna sahib çıxıb. Di Stefanonun bu duellərdə 18 qolu var.

Messi 4 dəfə "Qızıl top"a layiq görülən ilk futbolçu kimi tarixə düşüb. Ona qədər Yohan Kroyf, Marko Van Basten və Mişel Platini hərəyə 3 dəfə ən güclü futbolçu seçilmişdilər.

2012-ci ildə Messi "Barselona"nın heyətində 91 qol vurdu və Ginnesin rekordlar kitabına adını yazdırdı. Bununla da həmin kitabdan Herd Müller silindi. Əfsanəvi alman bombardir 85 qol vurmuşdu.

Çempionlar Liqasında 76-cı qolunu vuran Messi "Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesi (71 qol) geridə qoyub.

La Liqada 253 qol vuran Messi keçirdiyi 278 oyunda 251 dəfə fərqlənən "Atletik" (Bilbao) klubunun sabiq futbolçusu Telmo Zarranı geridə qoyub.

2011/2012 mövsümündə İspaniya La Liqasında 50 qol vuran Messi "Dinamo" (Buxarest) klubunun sabiq hücumçusu Dudu Corceskunu (1976/77 mövsümündə 47 qol vurub) geridə qoyub.