Futbol

"Arsenal" 16 yaşlı futbolçu transfer edir

"Arsenal" "Legiya"nın yarımmüdafiəçisi Kristian Beliklə yaxından maraqlanır.

"Sport Mediaset"in xəbərinə görə, xüsusilə də "topçular"ın baş məşqçisi Arsen Venger Polşa klubunda bu il ilk dəfə debüt edən 16 yaşlı futbolçunun transferində israr edir.

London klubunun Belikə görə 2 milyon avro ödəyəcəyi gözlənilir. Cari mövsümdə Polşa çempionatında 5 matçda meydana çıxan gənc futbolçu fərqlənməyib.