Futbol

Jilberto Silva "Arsenal"a qayıdır

"Arsenal"ın sabiq yarımmüdafiəçisi Jilberto Silva klub rəhbərliyinin ona məşqçilik təklif etdiyini bildirib.

Braziliyalının sözlərinə görə, bu, ona əlavə motivasiya verir:

"Bəli, klubdan mənə təklif var. Hər şey mümkündü. Bu, məni sevindirdi. İnsanlar məni başqa cür görürlər. Onlara faydalı ola bilərəm. Bu, mənə əlavə motivasiya verdi. Başqalarına nəsə öyrətmək istəyirəm. Həm də özümü inkişaf etdirmək üçün əla fürsətdi".

Daha öncə mətbuatda Arsen Vengerin Tyerri Anriyə məşqçilik təklif etdiyi yönündə xəbərlər yayılmışdı.