Futbol

"Liverpul" Balotelliyə əvəzedici tapıb

"Lion"un hücumçusu Aleksandr Lakazett karyerasını "Liverpul"da davam etdirə bilər.

"Daily Mail"in xəbərinə görə, "qırmızılar" komandadan ayrılması gündəmdə olan Balotellinin boşluğunu fransız futbolçu ilə doldurmaq istəyir. Premyer Liqada 10 matçda meydana çıxan Balotelli hələ də fərqlənə bilməyib.

Lakazett "Lion"un yetirməsi hesab olunur. O, Fransa Liqa 1-də 18 matçda meydana çıxıb və 16 dəfə fərqlənib.