Futbol

AFFA "Qəbələ"ni masajistə görə cərimələdi

“Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub

Bu gün AFFA İntizam Komitəsinin növbəri iclası keçirilib. İK Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar verib.

“Bakı” – “Xəzər Lənkəran” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimələnib.