Futbol

Marko Roys "Barselona"nın təklifini rədd etdi

Bu bənd onun müqaviləsində qeyd edilib

"Borussiya"nın yarımmüdafiəçisi Marko Roys "Barselona"ya keçməyəcək. Bu barədə "Marca" məlumat verib.
 
Katalon təmsilçisi FIFA-nın cəzasına görə oyunçu transfer edə bilməz. Məlumatda bildirilir ki, La Liqa nəhəngi Roysdan 2016-cı ilin yayına qədər gözləməyi xahiş edib.

Amma futbolçu artıq gözləmək istəmir və "Barselona"nın təklifini rədd edib. 

Yayda Marko Roysu 25 milyon avroya almaq mümkün olacaq. Bu bənd onun müqaviləsində qeyd edilib.