Futbol

"Mançester Yunayted" çempion ola bilər"

"Mançester Yunayted"in sabiq futbolçusu Fil Nevill "mankunyanlar"ın Premyer Liqadakı şanslarını dəyərləndirib.

O, MY-nin bu il çempion ola biləcəyini bildirib:

"Mançester Yunayted" çempion ola bilər. Oyunçular da, Van Qal da buna inanırlar. "Sauthempton"la oyundan sonra futbolçular komandadakı ruhun necə yüksək səviyyədə olduğunu göstərdilər. Onlar qələbəni azarkeşlərlə birgə qeyd etdilər. Orda Van Qal, Rayan Qiqqz, qapıçıların məşqçisi və başqaları var idi. Mən çempion olmuşam və atmosferin bu işdə nə qədər önəmli olduğunu yaxşı bilirəm.

Daha öncə Filin qardaşı Qeri Nevill Van Qalı və onun komandasını tənqid etmişdi.