Futbol

Neymarın "Mançester Siti"yə transferi niyə baş tutmayıb?

Sən demə, Neymar keçən mövsüm "Barselona"ya deyil, "Mançester Siti"yə transfer olmalıymış.

"The Telegraph"ın xəbərinə görə, "Santos" rəhbərliyi ilk olaraq "Mançester Siti" ilə danışıqlar aparıb. Danışıqlar zamanı "şəhərlilər"in rəhbərliyi braziliyalı futbolçu üçün xüsusi butsların hazırlanmayacağını bildirib. "Mançester Siti" İngiltərədə tez-tez yağışların yağması səbəbindən ot örtüyünün zərər görməməsi üçün bu addıma əl atıb. Danışıqlar məhz İngiltərədəki hava və buts məsələsinə görə dayandırılıb.

Neymar cari mövsümdə ümumilikdə 14 dəfə fərqlənib.