Futbol

Françesko Tottiyə yaraşmayan hərəkət

"Bu görüntü kameraların obyektivindən yayınmayıb"



İtaliya A Seriyasının son turunda "Roma" və "Genoa" klubları arasında keçirilən matçda xoşagəlməz olay yaşanıb.
Oyunun gərgin keçdiyi bir anda ev sahibi koamndanın futbolçusu Andrea Bertolatsi zədələnərək yerə yıxılıb. 

Bu zaman futbolçular və hakim yerdə qalan oyunçunun yanına gəliblər. "Roma"nın kapitanı Françesko Totti Ağrı içində yerdə qıvrılan futbolçunun belinə təpiklə vuraraq onun vəziyyəti ilə maraqlanıb. Bu görüntü kameraların obyektivindən yayınmayıb.

Görüntülər sosial şəbəkələrdə yayılandan sonra bu hadisə günün mövzusu olub. İnsanlar Tottinin bu hərəkətini pisləyiblər.