Futbol

"Bavariya"nın planı: Roysun transferi baş tutmasa, onu alacaqlar

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roysu transfer etmək istəyən "Bavariya"nın B planı hazırdı.

"Bild"in xəbərinə görə, Roysun transferi baş tutmasa, "Bavariya" diqqətini "Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinqə yönəldəcək.

İngilis futbolçu "qırmızılar"ın yeni həftəlik 70 min funtluq təklifini qəbul etmək istəmir. Bu səbəbdən gənc oyunçunun "Liverpul"dan ayrılması gözlənilir.

"Bavariya" ilə yanaşı, "Real" da Sterlinqlə yaxından maraqlanır.