Futbol

Andrea Pirlo ardıcıl üçüncü dəfə İtaliyanın ən yaxşısı seçildi

35 yaşlı yarımmüdafiəçi səsvermədə hər kəsi qabaqlayıb

"Yuventus" klubunun futbolçusu Andrea Pirlo ardıcıl üçüncü dəfə İtaliyanın ən yaxşısı seçilib.

İtaliya Futbolçuları Assosiyasının verdiyi xəbərə görə, 35 yaşlı yarımmüdafiəçi səsvermədə hər kəsi qabaqlayıb.

Seriya A-da ilin ən yaxşı komandası "Yuventus", baş məşqçisi isə yığmanın hazırkı çalışdırıcısı Antonio Konte olub. Ən yaxşı hakim isə Nikola Ritsoli seçilib.