Futbol

Tyerri Anri karyerasını bitirdiyini və yeni iş yerini rəsmən açıqladı

"Ümid edirəm ki, məni izləməkdən zövq almısınız"

Fransa futbolunun canlı əfsanəsi Tyerri Anri karyerasını bitirdiyini açıqlayıb. "Arsenal"da sərgilədiyi futbolla məşhurlaşmış 37 yaşlı forvard "facebook" hesabında az öncə bu barədə məlumat verib:

"20 ildən sonra professional futbolu buraxmaq qərarına gəldim. Bu, inanılmaz səfər oldu və Fransa millisi, "Monako", "Yuventus", "Arsenal", "Barselona", "Nyu-York Red Bulls" klublarındakı yoldaşlarıma və bütün azarkeşlərə təşəkkür edirəm.

İndi fərqli karyera yolu seçdim və şadam ki, Londona qayıdıb, "Sky Sports"a qoşulacam. İllər ərzində öyrəndiklərimi, müşahidə və təcrübələrimi bölüşəcəm.

Ümid edirəm ki, məni izləməkdən zövq almısınız. Televiziyada görüşmək ümidi ilə..."