Futbol

Məşhur türk futbolçu restoranda özündən getdi, xəstəxanaya aparıldı (VİDEO)

"Başından zərbə alıb. Bunun üçün də xəstəxanaya aparılıb"

"Fənərbağça"nın futbolçusu Caner Erkin ötən gün axşam saatlarında restoranlardan birində yemək yedikdən sonra özündən gedib və xəstəxanaya aparılıb. Futbolçunun vəziyyətinin hazırda yaxşı olduğu açıqlanıb. 

Klubun həkimi Burak Kunduracıoğlu futbolçunun vəziyyəti ilə bağlı açıqlama verib: "Başından zərbə alıb. Bunun üçün də xəstəxanaya aparılıb. Xəstəxanada beyin tomoqrafiyası çəkilib. Hazırda problem yoxdu. Yaxın saatlarda xəstəxanadan buraxılacaq".