Futbol

Lionel Messi Serxio Aqueroya görün necə ilişdi

"Baxaq, meydanda nə baş verəcək"

"Barselona"nın ulduz futbolçusu Lionel Messi komandasının Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticəsinə görə "Mançester Siti"ylə düşməsinə "facebook" hesabında münasibət bildirib.

Təcrübəli futbolçu "şəhərlilər"in heyətində oynayan, eyni zamanda Argentina millisindəki komanda yoldaşı Serxio Aqueroya söz atmağı da yaddan çıxarmayıb:

"Çempionlar Liqasında pley-off mərhələsinin başlamasını səbirsizliklə gözləyirəm. Dostum Serxio Aquero ilə qarşılaşacağıma görə sevinirəm. Onu həmişə FIFA kompüter oyununda uduram. Baxaq, meydanda nə baş verəcək".