Futbol

Fransada ilin futbolçusu məlum oldu

Bu mükafatı 26 yaşlı hücumçuya "France Football" verib

"Real"ın aparıcı futbolçularından olan Kərim Benzema 2014-cü il üçün Fransanın ən yaxşı futbolçusu seçilib. Bu mükafatı 26 yaşlı hücumçuya "France Football" verib.

2-ci yerə "Yuventus"un oyunçusu Pol Poqba, 3-cü yerə isə Madrid "Real"ının müdafiəçisi Rafael Varan layiq görülüb.