Futbol

Neymarın “Qızıl top”a hansı futbolçunu layiq gördüyü bilindi

Laureatın adı yanvarın 12-də məlum olacaq

"Barselona"nın forvardı və Braziliya yığmasının kapitanı Neymarın "Qızıl top" müsabiqəsində səsini kimə verdiyi məlum olub.

"El Mundo Deportivo" yazır ki, 22 yaşlı futbolçu ilk yerə "Barsa"dakı komanda yoldaşı Lionel Messini layiq görüb.

"Sambaçı" 2-ci yerə "Real"ın aparıcı oyunçusu Kriştiano Ronaldonu qoyub.

Neymarın fikrincə, ilk üçlüyün son pilləsinə Xavyer Maskerano layiqdi.

“Qızıl top”un sahibinin adı yanvarın 12-də bəlli olacaq.