Futbol

Pavel Nedved: "Yaxşı ki, "Bavariya" və ya "Real"la düşmədik"

"Elə komandalar var ki, onlarla mübarizə aparmaq real deyil"

Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkü atılıb. "Yuventus" bu mərhələdə Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək. Turin klubunun direktoru püşkə münasibətini bildirib:

"Ehtiyatlı olmaq lazımdı. "Borussiya"da kifayət qədər gənc və istedadlı futbolçular var. Amma püşk bizim üçün daha pis ola bilərdi. Yaxşı ki, "Bavariya" və ya "Real"la düşmədik.

Elə komandalar var ki, onlarla mübarizə aparmaq real deyil. Bu səbəbdən də şansımızın olduğu bir klubla qarşılaşacağımıza görə şadıq. 

"Borussiya" ilə oyunlarımız gücümüzü tam olaraq əks etdirəcək".