Futbol

"Ayntraxt"ın idman direktoru: "Emil Balayevi bizə Volfqanq Rolf məsləhət görüb"

"1,5 illik müqavilə bağlamışıq. Sonradan daha 2 il müddətinə uzada bilərik"



"Neftçi" və Azərbaycan millisinin qapıçısı Emil Balayevin Almaniyanın “Ayntraxt” klubu ilə müqavilə imzaladığını xəbər vermişdik. Bundesliqa təmsilçisinin heyətində baxışdan uğurla keçmiş gənc qolkiper sözügedən komandanın şərəfini qoruyacaq. 

"Ayntraxt"ın idman direktoru Bruno Hübner Emilin transferi ilə bağlı fikirlərini klub televiziyasına bildirib: 

"Biz azərbaycanlı yeni gənc qolkiperlə anlaşmışıq. Emil Balayev çox iddialı oyunçudu. 1,5 illik müqavilə bağlamışıq. Sonradan daha 2 il müddətinə uzada bilərik. 

Onu bizə Volfqanq Rolf məsləhət görüb (Berti Foqtsun zamanında Azərbaycan millisində çalışmış məşqçi - red.). 3 həftə baxışda oldu, özünü yaxşı tərəfdən göstərə bildi. 

Digər qapıçılarımızdan Kevin Trapp uzun müddətə sıradan çıxıb. Emilin nə vaxt oynayacağı ilə bağlı qərar verəcəyik".