Futbol

Zidan xəyali komandasını açıqladı

"Real"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Zinəddin Zidan 2014-cü il üçün xəyali komandasını açıqlayıb.

Sabiq fransız futbolçu komandasında 7 "Real"lı futbolçuya yer verib. Siyahıya nəzər salaq:

İker Kasilyas (İspaniya, "Real") – Dani Alves (Braziliya, "Barselona"), Pepe (Portuqaliya, "Real"), Serxio Ramos (İspaniya, "Real"), Marselo (Braziliya, "Real") – Luka Modriç (Xorvatiya, "Real"), Yaya Ture (Kot-d'İvuar, "Mançester Siti") – Zlatan İbrahimoviç (İsveç, PSJ), Lionel Messi (Argentina, "Barselona"), Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Kərim Benzema (Fransa, "Real").