Futbol

"Qızıl top" Ronaldoya verilməlidi"

"Mançester Yunayted"in sabiq qolkiperi Peter Şmeyxel "Qızıl top" favoritini açıqlayıb.

Danimarkalı "Qızıl top"un Kriştiano Ronaldoya verilməli olduğunu bildirib:

"Ronaldodan başqası "Qızıl top"u necə ala bilər? 3 namizəddən birinin qapıçı olması əladı. Ancaq Noyerin mükafata layiq görüləcəyinə inanmıram. Məncə, Ronaldo çox yaxşıdı. Mükafat ona çatacaq.

Qeyd etmək istərdim ki, qapıçılıq indi dəbə düşüb. Uşaqlar qolkiper olmaq istəyirlər. Gələcəkdə "Qızıl top"a namizəd olan əlcək sahiblərinin sayı artacaq".

Şmeyxel özü bir neçə dəfə "Qızıl top"a namizəd göstərilib. O, hətta 1992-ci ildə keçirilən səsvermədə 5-ci yerə də layiq görülüb.