Futbol

UEFA-nın baş katibinin müavini Bakıda: "Qarabağ" - "İnter" oyunu müzakirə olundu

AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər də müzakirə olunub

UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya 1 günlük səfərə gəlib. UEFA rəsmisi bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Qurumun rəsmi saytının verdiyi xəbərə görə, görüşdə AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu müzakirə olunub.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.