Futbol

UEFA-nın "Qarabağ"la bağlı qərar verəcəyi tarix açıqlandı

Avropa Liqasının VI turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" oyununun 90+4-cü dəqiqəsində baş verən hadisə ilə bağlı "Qarabağ" UEFA-ya şikayət məktubu ünvanlamışdı

Ağdam klubunun rəsmi saytının xəbərinə görə, artıq UEFA-dan cavab məktubu gəlib. Məktubda qeyd olunub:

"Oyun zamanı baş verən epizodla bağlı edilən məhkəmə müraciətiniz qəbul edilib və UEFA-nın İntizam və Nəzarət Komitəsinin 05.02.2015 tarixində baş tutacaq iclasında baxılıb qərar veriləcəkdir".