Futbol

Maradona "Viaqra"sız qala bilmir

Argentinada yayımlanan məşhur TV proqramı "El diario de Mariana"ya qatılan qonaqlardan biri Maradonanın gənc sevgilisi Rosio Oliva ilə cinsi əlaqədə olmaq üçün gündə 4 ədəd "Viaqra" qəbul etdiyini bildirib.

Açıqlama Argentina mətbuatında böyük marağa səbəb olub. Bu söz-söhbətlər canlı əfsanənin yenidən ata olacağı barədə yayılan xəbərlərin ardından ortaya çıxıb.

Ancaq "Viaqra" məsələsi ilə bağlı hansısa sübut yoxdu. Verilişə qatılan digər bir qonaq isə Maradonanın daim şəxsi ambulansı ilə səyahətlərə getdiyini və belə bir şeyə ehtiyacı olmadığını bildirib.