Futbol

Qışda "transfer bombası" partlayacaq!

İngilis mətbuatında çıxan xəbərlərə görə, qış "transfer pəncərəsi"ndə "Real", "Mançester Yunayted", "Çelsi" və "Liverpul" arasında möhtəşəm transferlər reallaşacaq.

"Mançester Yunayted" Qaret Beyllə yaxından maraqlanır. "Mankunyanlar" uelsli futbolçuya görə 90 milyon funt sterlinq ödəməyə hazırdı. Xəbərlərə görə, Madrid klubu bu təklifi qəbul edəcək və Beylin transferindən əldə etdiyi 90 milyonla ilk olaraq Eden Hazarda görə "Çelsi"nin qapısını döyəcək.

Daha sonra isə "Real" Rahim Sterlinqə görə "Liverpul"la danışıqlara başlayacaq. Kral klubu Hazard və Sterlinqin transferini Beylin satışından əldə olunan gəlirlə rəsmiləşdirmək istəyir.