Futbol

Robert Prosineçki: "İki futbolçunun çıxışı diqqətimi çəkdi"

"Mübarizə aparırlar, əllərindən gələni edirlər"

"Bu tur iki oyunu izləmək imkanım oldu. Əvvəlcə “Bakı” – “Xəzər Lənkəran”, sonra “Neftçi” – “Sumqayıt” qarşılaşmalarını izlədim. Təəssüflər olsun ki, hər iki oyunda azarkeş az idi. Ümid edirəm növbəti oyunlarda daha çox azarkeş görə biləcəyəm". 

AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Premyer Liqanın XVI turunda izlədiyi iki oyun haqda danışarkən deyib.  

Xorvatiyalı mütəxəssis "Bakı" -"Xəzər Lənkəran" oyunu ilə müqayisədə "Neftçi" - "Sumqayıt" matçının daha maraqlı keçdiyini bildirib: "İlk oyunla müqayisədə ikinci qarşılaşma daha maraqlı keçdi. “Xəzər Lənkəran”ın iki oyununu izləmişdim. Əvvəlki oyunlarda yaxşı təsir bağışlamışdı. “Xəzər Lənkəran”dan daha yaxşı oyun gözləyirdim. “Bakı”nın heyətində gənc oyunçular çoxdu. Mübarizə aparırlar, əllərindən gələni edirlər. Nəticədən razı qala bilərlər.

“Neftçi” – “Sumqayıt” oyununa gəlincə, bu qarşılaşma daha maraqlı və qollu keçdi. Hər iki oyunda bəzi şeyləri görə bildim, bəzilərini yox. Ad çəkmək istəmirəm, “Neftçi” - “Sumqayıt” oyununda iki futbolçunun çıxışı diqqətmi çəkdi. Onlar  mənim üçün önəmli oyunçulardı. Gənc və bacarıqlıdırlar".