Futbol

İngilis nəhəngləri "Barselona"nın futbolçusu uğrunda mübarizə aparırlar

"Barselona"nın forvardı Munir El-Haddadi "Çelsi" və "Arsenal"ın maraq dairəsinə düşüb.

"Daily Express"in xəbərinə görə, 19 yaşlı futbolçu artıq yanvar ayında icarə əsasında İngiltərəyə yollana bilər.

Cari mövsümdə ümumilikdə 13 matçda meydana çıxan Munirin aktivində 1 qol və 1 məhsuldar ötürmə var. O, həmçinin İspaniya millisinin heyətində də debüt edib.