Futbol

Vaxtları var idi...

Bəzi komandalar var ki, köhnə günlərindən çox uzaqdadılar.

Bu gün məhz hamınızın yaddaşında yeri olan və istər heyətləri, istərsə də göstərdikləri nəticələri ilə bizləri heyran qoyan, indi isə o günlərdən çox uzaqda olan 10 komandaya nəzər salacağıq.

"Parma" - hazırda İtaliya A Seriyasında 20-ci pillədə qərarlaşıb.

Heyət: Canluici Buffon, Roberto Nestor Sensini, Lilian Türam, Paolo Vanoli, Alen Boqossyan, Xuan Sebastyan Veron, Dino Bacco, Enriko Keza, Fabio Kannavaro, Ernan Krespo, Dieqo Fuzer.

Son titul: 2001-02 mövsümü, İtaliya Kubokunun qalibi

"Latsio" - hazırda İtaliya A Seriyasında 3-cü pillədə qərarlaşıb.

Heyət: Luka Markecani, Simone İnzaqi, Alessandro Nesta, Paolo Neqro, Sinişa Mixayloviç, Cuzeppe Pankaro, Deyan Stankoviç, Matias Almeyda, Pavel Nedved, Roberto Mançini, Xuan Sebastyan Veron.

Son titul: 2012-13 mövsümü, İtaliya Kubokunun qalibi

"Monako" - hazırda Fransa Liqa 1-də 8-ci pillədə qərarlaşıb.

Heyət: Flavio Roma, Uqo İbarra, Yaroslav Plaşil, Eduar Sisse, Dado Prşo, Fernando Moryentes, Qael Jive, Lyudovik Juli, Jerom Roten, Jyulyen Rodriqez, Patris Evra.

Son titul: 2002-03  mövsümü, Fransa Kubokunun qalibi

"Spartak" - hazırda Rusiya çempionatında 6-cı pillədə qərarlaşıb.

Heyət: Aleksandr Filimonov, Dmitri Xlestov, Yevgeni Buşmanov, Yeqor Titov, Dmitri Ananko, İlya Tsımbalar, Nikolay Pisaryev, Andrey Tixonov, Vasili Baranov, Dmitri Parfenov, Robson.

Son titul: 2002-03 mövsümü, Rusiya Kubokunun qalibi

"Valensiya" - hazırda İspaniya La Liqasında 5-ci pillədə qərarlaşıb.

Heyət: Santyaqo Kanisares, Klaudio Lopes, Maurisio Peleqrino, Miroslav Jukiç, Qaiska Mendieta, Joslen Anqloma, Kili Qonsales, Xerard Lopes, Miqel Anqulo, Fransisko Farinos, Xerardo.

Son titul: 2007-08 mövsümü, İspaniya Kubokunun qalibi

"İnter" - hazırda İtaliya A Seriyasında 12-ci pillədə qərarlaşıb.

Heyət: Julio Sezar, Maykon, Tiaqo Motta, Lusio, Samuel Eto, Valter Samuel, Deyan Stankoviç, Dieqo Milito, Xavyer Zanetti, Esteban Kambyasso, Uesli Sneyder.

Son titul: 2010-11 mövsümü, İtaliya Kubokunun qalibi

"Lids" - hazırda Çempionşipdə 19-cu pillədə qərarlaşıb.

Heyət: Naycel Martin, Dominik Matteo, Mark Viduka, Rio Ferdinand, Denni Millz, İan Hart, Erik Bakke, Devid Betti, Olivye Dakur, Alan Smit, Harri Kyuell.

Son titul: 1992-ci il, İngiltərə Superkubokunun qalibi

"Lion" - hazırda Fransa Liqa 1-də 3-cü pillədə qərarlaşıb.

Heyət: Uqo Loris, Əbdülkader Keyta, Kərim Benzema, Fabio Qrosso, Kris, Antoni Reveyer, Jan - Alen Bumsonq, Ederson, Jan Makun, Juninyo, Jeremi Tulalan.

Son titul: 2012-ci il, Fransa Kuboku və Superkubokunun qalibi

"Deportivo" - hazırda İspaniya La Liqasında 19-cu pillədə qərarlaşıb.

Heyət: Xuanmi, Roy Makaay, Mauro Silva, Enrike Romero, Sesar Martin, Xuan Karlos Valeron, Lionel Skaloni, Viktor Sançes, Serxio Qonsales, Joan Kapdevilya, Xose Emilio Amaviska.

Son titul: 2002-ci il, İspaniya Kuboku və Superkubokunun qalibi

"Milan" - hazırda İtaliya A Seriyasında 7-ci pillədə qərarlaşıb

Heyət: Dida, Paolo Maldini, Andrey Şevçenko, Yap Stam, Serjinyo, Alessandro Nesta, Klarens Zeedorf, Andrea Pirlo, Cennaro Qattuzo, Kaka, Filippo İnzaqi.

Son titul: 2011-ci il, İtaliya A Seriyası və Superkubokunun qalibi

Mənbə: Sports.ru